Magistratura imtahanında istifadə olunmuş test tapşırıqlarının cavabları AÇIQLANDI
Magistraturaya qəbul imtahanında istifadə olunan test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.
Qeyd olunur ki, test tapşırıqlarının izahları isə gün ərzində Mərkəzin internet saytına yerləşdiriləcək.
Xatırladaq ki, imtahanın nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.