Makronun reytinqi rekord həddə düşüb
Fransa prezidenti Emmanuel Makron (19%) və baş nazir Fransua Bayrunun (18%) bəyənmə reytinqi Beşinci Respublika tarixinin ən aşağı reytinqi olub.
“TV1” xəbər verir ki, bu barədə “Journal du Dimanche” üçün “İfop” sorğusunun məlumatlarında bildirilir.
Qeyd olunur ki, onların hər ikisinin ümumi balı 37 təşkil edib ki, bu da 2014-cü ildə Fransua Olland və Manuel Valsdan (51 bal) aşağı nəticədir. Makronun seçici dəstəyi 49 %-ə düşüb, 2022-ci ildən bu yana o, 12 bal itirib.
“Makron reytinqi 20 %-dən aşağı düşmüş ilk prezident kimi tarixə düşdü. Hətta “sarı jiletlilər” böhranının pik nöqtəsində bu, 23 % idi”, – deyə tədqiqatın müəllifləri qeyd edirlər.
Kəskin azalmaya vətəndaşların sosial ədalətsiz hesab etdiyi 2026-cı il büdcə qanunu kömək edib.