Mask Rusiyadan siyasi sığınacaq istəyib
Rusiya Xarici İşlər Nazirliyinə amerikalı sahibkar İlon Maska ölkədə siyasi sığınacaq verilməsi ilə bağlı sorğu daxil olub.
“TV1” “NEWS.ru” portalına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Rusiya XİN-in amerikalı milyarderə sığınacaq verilib-verilməməsi ilə bağlı cavabı bir ay ərzində açıqlanmalıdır.
Davankov, həmçinin vurğulayıb ki, İ.Mask səhvlərə yol versə də, onları bağışlamaq lazımdır: “Əgər alınmasa belə, biz onu həmişə gözləyirik”.