Mədəniyyət TV-nin daha bir UĞURU

media-ads_728_90

Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinə daxil olan Mədəniyyət kanalı Novruz bayram günlərində yeni layihə ilə tamaşaçıların ekran marağına səbəb olub. Bəzi Azərbaycan filmlərindən xoş əhvallı fraqmentlər peşəkarlıqla təkrarlanıb.

“TV1” xəbər verir ki, ”Əhməd haradadır” filminin bir epizodu telekanal əməkdaşları tərəfindən səhnələşdirilərək yenidən lentə alınıb.

Başqa bir epizod “Dəli Kür” filmindən təqdim edilib. Səhnələrin eynilə təkrarlanması yüksək peşəkarlıqdan və bədii zövqdən xəbər verir. Çəkilişlər vaxtı televiziya əməkdaşlarının aktyorluq məharətləri də üzə çıxıb.

“Arşın mal alan” filmindən epizodun səhnələşdirilməsi isə kifayət qədər tarixi detallara əsaslanıb. Müasir inter pritasiyada daha da rəngarəng alınıb.

“O olmasın, bu olsun” filminin epizodu isə orijinala yaxın çəkilib.

Həmkarlarımızı bu uğurlu layihə münasibətilə təbrik edir, yeni müvəffəqiyətlər arzulayırıq.

Xatırlayaq ki, layihənin rəhbəri “Mədəniyyət” kanalının direktoru Dilarə Səlim, redaktoru Azər Qismət, rejissoru isə Elmir Süleymanovdur.

media-ads_728_90
Paylaş