Mehriban Əliyeva Azərbaycanın paralimpiya çempionu Səid Nəcəfzadəni təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Paraatlet Səid Nəcəfzadənin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.
“TV1” paylaşımı təqdim edir:
“Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”.
Bu gönderiyi Instagram’da gör