Məşhur müğənninin ürəyi dayandı - Həkimlərin müdaxiləsi...
Məşhur türkiyəli müğənni və aparıcı Fateh Ürək infarkt keçirib.
“TV1” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 59 yaşlı sənətçi ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Qeyd olunub ki, musiqiçinin ürəyi dayansa da, həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.
Qeyd edək ki, F.Ürək musiqi karyerası ilə yanaşı, müxtəlif televiziya seriallarında və filmlərdə çəkilib. Sənətçi telekanallarda aparıcı kimi də tanınıb.