media-1200x100

Məzahir Pənahov: "Azərbaycanda seçkiləri 110 mindən çox yerli müşahidəçi izləyəcək"

media-ads_728_90

“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb”.

“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müşahidəçilər azad şəkildə məntəqələrdə seçki prosesini izləyəcəklər:

“Media nümayəndələrinə isə ümumiyyətlə, heç bir məhdudiyyət və qeydiyyat tələbi yoxdur. Jurnalistlərdən səsvermə günü bölgələrdən, xüsusilə də Qarabağdan prosesi bütün dünyaya çatdırmağı xahiş edirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

media-ads_728_90
Paylaş