media-1200x100

Milli Hidrometeorologiya Xidməti: Tozun konsentrasiyası norma həddinə düşüb

media-ads_728_90

Avtomatik stansiyalardan əldə olunan məlumatlara görə, bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova açıqlama verib.

O qeyd edib ki, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz dumanının daxil olması gözlənilir:

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək”.

media-ads_728_90
Paylaş