Milli mətbəximiz Sverdlovsk vilayətində keçirilən yarmarkada nümayiş olunub - FOTO
9-11 avqust tarixlərində Rusiyanın Sverdlovsk vilayətinin İrbit şəhərində ənənəvi yarmarka keçirilib.
“TV1” xəbər verir ki, yarmarkanın açılış mərasimində vilayətin qubernatoru Yevgeni Kuyvaşov iştirak edib.
Sverdlovsk vilayətində yaşayan soydaşlarımız da yarmarkada fəal təmsil olunublar.
Milli mətbəximizin nümunələri yarmarkada nümayiş edilib.
“Azərbaycan-Ural” İctimai Milli Mədəni qurumunun təşkilatçılığı ilə hazırlanmış milli stend vilayət rəhbərliyinin və qonaqların böyük marağına səbəb olub. Yekaterinburq şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, həmçinin “Azərbaycan-Ural” İctimai Milli Mədəni təşkilatının sədri Şahin Şıxlinskinin iştirak etdiyi bu yarmarka yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Qeyd edək ki, İrbit yarmarkası Ural regionunun ən böyük yarmarkalarından hesab olunur.