Milli Xalça Muzeyində macar sənətçinin sərgisinin açılması bizim üçün böyük şərəfdir - SƏFİR/FOTO

media-ads_728_90

Bugünkü sərgi Macarıstanın əməkdar sənətçisi Juja Perelin Bakıda açılan ilk sərgisi olacaq.

“TV1” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisinin açılışında jurnaslitlərə açıqlamasında deyib.

Səfir sərginin açılışı münasibətilə Macarıstan hökumətinin səlahiyyətli nümayəndələrinin və digər qonaqların Bakıya gəldiklərini əlavə edib.

“Belə bir layihənin Azərbaycanın tarixi və dəyərli mədəni nümunələrinin qorunduğu müəssisədə həyata keçirilməsi bizim üçün böyük şərəfdir”, – deyə səfir bildirib.

 

Leyla Şirinova 

media-ads_728_90
Paylaş