Mingəçevirdə zirzəmidən körpə tapılıb

media-ads_728_90

Mingəçevirdə zirzəmidən körpə tapılıb.

“TV1” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.

Həmçinin, körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

***

TƏBİB-dən bildirilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə (oğlan) 12.10.2025-ci il tarixində saat 09:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Zəruri instrumental-diaqnostik müayinələr aparılıb. Azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Həkim müşahidəsi altındadır. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir”. /qafqazinfo/

media-ads_728_90
Paylaş