Misir və Sudan sərhədində qızıl mədəninə hücum: 70-dən çox ölən var 

media-ads_728_90

Misir və Sudan sərhədində yerləşən qızıl mədəninə hava hücumu nəticəsində təxminən 72 nəfərin həlak olduğu bildirilir.

“TV1”  france24.com-a istinadən xəbər verir ki, məlumata görə, bu barədə Sudanda fəaliyyət göstərən “Fövqəladə vəziyyət vəkilləri” adlı hüquq müdafiə təşkilatı məlumat yayıb.

Qeyd edilir ki, oktyabrın 10-da Misir Hərbi Hava Qüvvələri Sudanın şimalında, Misir sərhədinə yaxın ərazidəki qızıl mədəninə zərbə endirib. İddia olunur ki, bu hücum nəticəsində 72 şaxtaçı həyatını itirib.

Sudan Həkimlər Şəbəkəsi təşkilatı da sözügedən bölgəyə aviazərbənin endirildiyini təsdiqləyib, lakin hücuma görə kimin məsuliyyət daşıdığını açıqlamayıb. Hələlik heç bir tərəf baş verən hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Misirin Hərbi Hava Qüvvələri və Xarici İşlər Nazirliyi hadisə ilə bağlı indiyədək hər hansı bir rəsmi açıqlama verməyib

media-ads_728_90
Paylaş