media-1200x100

Moskvada BRICS ölkələrinin media sammiti keçirilir

media-ads_728_90

Moskvada BRICS ölkələrinin 7-ci Media Sammiti öz işinə başlayıb.

“TV1” xəbər verir ki, tədbirdə 45 ölkədən 60 media qurumunun rəhbəri və nümayəndəsi iştirak edir.

Rusiyanın TASS informasiya agentliyinin təşkilatçılığı ilə keçirilən sammit çoxqütblü dünyada medianın rolu mövzusuna həsr olunub. Tədbirə BRICS-ə daxil olan ölkələrlə yanaşı, bir sıra digər dövlətlərdən də media təmsilçiləri qatılıblar.

İştirakçılar müasir dünyada informasiya təhlükəsizliyi məsələsini və xəbər mübadiləsində texnoloji aspektləri müzakirə ediblər.

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçirilən plenar sessiyada TASS-ın baş direktoru Andrey Kondraşov, Çinin Sinxua agentliyinin prezidenti Fu Hua, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiya informasiya nazirinin müavini Bella Çerkesova, bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarova, həmçinin digər şəxslər çıxış ediblər.

Sammit işini sentyabrın 15-də davam etdirəcək. /azərtac/

media-moskva-brics

media-ads_728_90
Paylaş