media-1200x100

MSK sədri: "Şikayətiniz varsa, göndərin, sabah axırıncı gündür"

media-ads_728_90

“Seçki qanunvericilik ilə tənzimlənir. Hansısa fikri zorla qəbul etdirmək mümkün deyil”.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, kimin əlində qanunun pozulması faktı varsa, göndərsin.

“Mərkəzi Seçki Komissiyası daxil olan bütün şikayətləri araşdırır. Sabah axırıncı gündür”, – deyə o qeyd edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

media-ads_728_90
Paylaş