media-1200x100

MSK sədri: "Təşviqat qaydalarının pozulması ilə bağlı müraciətlərə əvvəlcə DSK-də baxılmalıdır"

media-ads_728_90

“Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar təşviqat qaydalarının pozulması ilə bağlı müraciətlərə və şikayətlərə əvvəlcə dairə seçki komissiyasında baxılmalıdır”.

“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

M.Pənahov qeyd edib ki, bu müraciətlər birbaşa MSK-ya yönləndirilir:

“Halbuki bu cür şikayətlərə birinci dairə baxmalıdır. Əgər dairənin qərarından narazılıq olarsa, MSK-ya müraciət edilə bilər”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

media-ads_728_90
Paylaş