Müəllimləri daşıyan mikroavtobus aşıb - 20 yaralı var

media-ads_728_90

Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

“TV1” xəbər verir ki, hadisə zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Mikroavtobusun Gəncədən Gədəbəyə gedən müəllimləri daşıdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. /qafqazinfo/

media-ads_728_90
Paylaş