media-1200x100

Müharibə veteranlarının müavinəti nə zaman artırılacaq? - Vüqar Bayramovun AÇIQLAMASI - ÖZƏL/VİDEO

media-ads_728_90

“Sosial müavinətlərin, o cümlədən Müharibə iştirakçılarının müavinətlərinin artırılması ilə bağlı Milli Məclisdə müzakirələr aparıldı. Bu məsələ ilə bağlı təkliflərimizi artıq təqdim etmişik”.

Bunu “TV1”-ə özəl açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

O bildirib ki, sosial müavinətlərin və təqaüdlərin artırılması nəzərdə tutulub:

“Bu o deməkdir ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycanda artıq növbəti mərhələdə sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçiriləcək. Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra artıq hansı müavinətlərdə nə qədər artımın olacağını biləcəyik”.

“Artımların bu il olacağı gözlənilirmi?” sualına cavab olaraq isə V.Bayramov deyib ki, artımların bu ilin mart ayının ortalarında – Novruz bayramı ərəfəsində olacağı gözlənilir.

Mətanət Əliyeva 

Daha ətraflı müsahibədə: 

media-ads_728_90
Paylaş