Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçilib

media-ads_728_90

Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçilib.

“TV1” xəbər verir ki, noyabrın 4-də ABŞ-da keçirilmiş seçkilərin nəticəsində 34 yaşlı Demokratlar Partiyasının təmsilçisi Mamdani keçmiş qubernator, müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasından namizədliyini irəli sürmüş Kertis Slivanı məğlub edib. O, sentyabr ayında bu post uğrunda seçkilərdə namizədliyini geri götürən, lakin seçki bülletenində adı qalan Erik Adamsı əvəz edəcək.

Mamdani son bir əsr ərzində şəhərin ən gənc meri olacaq.

Qeyd edək ki, bu seçkilərdə ABŞ Prezidenti Donald Tramp Endryu Kuomonun namizədliyini dəstəkləyirdi.

Uqanda və Hindistan əsilli Mamdani özünü sosialist kimi təqdim edir. Beş yaşında ikən ailəsi qısa müddətə Uqandanı tərk edərək, Cənubi Afrikaya köçüb və iki il sonra Nyu-Yorka gəlib. Anası Mira Nair məşhur hind-amerikalı rejissordur; atası Mahmud Mamdani isə hindəsilli Uqanda alimidir.

media-ads_728_90
Paylaş