Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda ölənlərin sayı 20 nəfərə çatıb - YENİLƏNİB
Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda 20 nəfər həlak olub.
“TV1” xəbər verir ki, bu barədə ölkənin ikinci ən böyük şəhəri olan Mandalay xəstəxanasından bildirilib.
Bundan başqa, Myanma hakimiyyəti çoxlu sayda ölən və yaralıların olması ilə əlaqədar təcili qan toplandığını elan edib.
11:40 —————————————————————————————————————————————-
Myanmada 7,7 bal gücündə zəlzələ olub.
“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb.
Zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 10:20-də) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub.
Çinin seysmologiya mərkəzi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb.
Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.