media-1200x100

Naomi Kempbell Azərbaycana səfəri ilə bağlı paylaşım edib - FOTO/VIDEO

media-ads_728_90

Britaniyalı supermodel Naomi Kempbell “Instagram” səhifəsində Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

“TV1” xəbər verir ki, Kempbell paylaşımında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Prezidentin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali və Formula 1 məsləhətçisi Flavio Briatoreyə təşəkkür edib.

“Bakıdakı Formula 1 yarışında iştirak etmək mənim üçün gözəl bir təcrübə idi. Azərbaycan Qran-Prisi zamanı ağ-qara bayrağı dalğalandırmaq mənim üçün qürurverici bir an oldu”, – o qeyd edib.

Bundan əlavə, Kempbell Heydər Əliyev Mərkəzinə etdiyi ilhamverici ziyarətini də vurğulayıb.

Qeyd edək ki, Mərkəz məşhur memar və yaxın dostu Zaha Hadid tərəfindən dizayn edilib.

media-ads_728_90
Paylaş