Naxçıvan Səhiyyə Nazirliyindəki maliyyə pozuntuları ilə bağlı cinayət işi başlanıb

media-ads_728_90

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində və onun tabeliyində olmayan qurumlarda apardığı kənar dövlət maliyyə nəzarət tədbiri nəticəsində dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində hüquqpozmalara yol verildiyi müəyyən olunub.

“TV1” xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Sənədə əsasən, aşkar edilmiş pozuntularla bağlı müvafiq materiallar Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.

Xidmətdən daxil olan məlumatlara əsasən, 1 audit üzrə aşkar edilən qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. /report/

media-ads_728_90
Paylaş