Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 180-ə çatıb - YENİLƏNİB
Nepalda dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı 180 nəfərə çatıb.
“TV1” xəbər verir ki, bu barədə yerli media Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına istinadən məlumat yayıb.
Bildirilir ki, xilasetmə komandaları əlaqənin kəsildiyi bölgələrə daxil olmağa çalışırlar. Yollar və körpülər yuyulub, kəndləri su basıb, bir sıra su elektrik stansiyaları zədələnib.
xxx
Rasuva rayonunda güclü daşqın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb, 41 nəfər xəsarət alıb.
“TV1” xəbər verir ki, ən çox ölüm halı Çitvandadır, orada 64 cəsəd aşkarlanıb, Dhadinq rayonunda 27 nəfər, Navalparasidə isə 22 nəfər ölüb.
Nepal Turizm Nazirliyinin məlumatına görə, təxminən 403 turist itkin düşüb, onlardan 341-i əcnəbidir.
Axtarış-xilasetmə əməliyyatlarında 3,3 min polis əməkdaşı iştirak edir.








