Niderlandın baş nazirinə bomba atdılar
Niderlandda keçirilən İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş mərasimdə ölkənin baş naziri Dik Şufa bomba atıblar.
“TV1” xəbər verir ki, Fələstinə dəstək nümayişçiləri mərasim zamanı ərazidə etiraz aksiyası keçiriblər.
Aksiyaçılar mərasimə qatılan Niderlandın baş naziri Dik Şufa və Polşanın Baş naziri Donald Tuska tüstü bombası atıblar.
Təhlükəsizlik səbəbi ilə iki ölkənin rəsmiləri mərasimi tərk etməyə məcbur qalıblar.