Nikol Paşinyan Ankaraya gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər edəcək.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlama verib.
“Ermənistanın baş naziri Türkiyəyə səfər edəcək. Bütün regional məsələlər müzakirə olunacaq. Bu tarixi səfərdir, çünki bu, Ermənistan rəhbərinin bu səviyyədə ilk səfəridir”, – deyə o qeyd edib.