media-1200x100

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

media-ads_728_90

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması başa çatdırılıb.

“TV1” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu gün səhər saatlarından şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib:

“Artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır. Su ərazilərə mərhələli şəkildə çatmaqdadır.

media-ads_728_90
Paylaş