Oğuzda dəhşətli qəza: 21 yaşlı gənc maşında yanaraq ölüb - VİDEO

media-ads_728_90

Oğuz rayonunun Padar kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobil yanıb.

Yanğın söndürüldükdən sonra, xilasedicilər maşında qalan sərnişin, rayonun Padar kənd sakini, 21 yaşlı Rəvan Mirzəyevin yanmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş