Ölkəmizin yeganə nüvə obyektindən ÖZƏL REPORTAJ - İLK DƏFƏ/FOTO

media-ads_728_90

Azərbaycan nüvə klubuna daxil olub. Bu, elmi nailiyyətlərin ən yüksək səviyyəsidir. Nüvə tədqiqatları sahəsində son illərdə uğurlu addımlar var. Nüvə tədqiqatları sahəsində həm elmi cəhətdən, həm də texnoloji imkanların genişləndirilməsi baxımından ölkəmizdə uğurlu fəaliyyətlərə imza atılıb.

“TV1” xəbər verir ki, ölkəmizdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərkibində 2021-ci ildə Nüvə Tədqiqatları Departamenti yaradılıb. 2014-cü ildə Nüvə Tədqiqatları Mərkəzi kimi fəaliyyət göstərən qurum hazırda Departament olaraq daha təkmil strukturla ölkədə bir çox istiqamətlər üzrə xidmətlər göstərməkdədir.

Departament Nüvə Spektroskopiyası və Nüvə kriminalistikası üzrə Laboratoriyalar və analitik imkanlar, Nüvə və radioloji Nümunələrin hazırlanması şəraiti və ölçmə metodologiyasına malikdir. Qurumun beynəlxalq əlaqələri dinamik inkişaf edir. Təsadüfi deyil ki, 2019-cu ildə Nüvə Tədqiqatları Departamenti iştirak etdiyi səriştəlilik testində böyük uğura imza ataraq, dünyada birinci olub. Bu testdə dünyanın nüvə nəhəngləri ABŞ, Rusiya və digər ölkələr olmaqla onlarla nüvə tədqiqatları aparan ölkələr iştirak edir. Belə bir nailiyyət Azərbaycanın nüvə tədqiqatları sahəsində son illərdə qazandığı böyük nailiyyətlərdən biri saymaq olar.

Qeyd edək ki, “TV1”-in çəkiliş qrupu ilk dəfə olaraq Nüvə Tədqiqatları Departamentinin Qamma Şüalanması Şöbəsində olub. Azərbaycanda radioaktiv maddələrin şüalanmasının yeganə obyektindən eksklüziv kadrlar ilk dəfə “TV1”-in çəkiliş qrupunun obyektivi görüntüləyib. Nüvə Tədqiqatları Departamentindən hazırladığımız eksklüziv görüntülərlə zəngin özəl reportajımızı xüsusi müxbir Mətanət Əliyevanın təqdimatında “TV1”-də izləyə biləcəksiniz.

Sterilizasiya məqsədli qamma şüalandırma qurğusu Azərbaycanda radiasiya texnologiyaların imkanlarının genişləndirilməsi məqsədi ilə yaradılıb. Qamma şüalandırma şöbəsi ölkəmizdə radiasiya texnologiyalarından istifadə etməklə tibbi, əczaçılıq və kosmetik məhsulların sterilizasiyası, qida məhsullarının dezinfeksiyası, dezinseksiyası və rəf ömrünün uzadılması, mədəni irsin qorunması, qablaşdırma materiallarının qamma işlənməsi, polimer materiallarının modifikasiyası, plastik tullantıların şüalandırılaraq utulizasiyası, mikrob yükünün azaldılması və digər məqsədlər üçün xidmətlər göstərir. Bu şöbə həmçinin radiasiya texnologiyalarının tətbiqi və inkişafı üzrə elmi tədqiqatlar apararaq, müvafiq sahələrdə innovativ həllərin işlənib hazırlanmasını təmin edir.

“TV1”

 

media-ads_728_90
Paylaş