media-1200x100

OPEC: Azərbaycan gündəlik neft hasilatını artırıb

media-ads_728_90

Cari ilin avqust ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 489 min barel səviyyəsində olub, bu da may ayı ilə muqayisədə 1 000 barel çoxdur.

“TV1” xəbər verir ki, bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu ilin iyulunda Azərbaycanda neft hasilatı 488 min barel təşkil edib.

Qeyd olunur ki, bu ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 477 min barel, ikinci rübündə isə 474 min barel səviyyəsində olub, bu da cüzi azalma deməkdir.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir.

Beləliklə, Azərbaycan avqust ayında “OPEC+” çərçivəsində kvotasından 62 min barel geridə qalıb.

media-ads_728_90
Paylaş