1308.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 78, tank əleyhinə 32 mina və 839 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
“TV1” xəbər verir ki, bu barədə ANAMA-nın məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, ötən həftə ərzində 1308.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.