Özbəkistan nümayəndə heyəti "TV1"-in qonağı oldu
Özbəkistanın professor-müəllimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Nümayəndə heyəti bu gün “TV1”-in qonağı oldu.
Özbəkistanın paytaxtı Daşkənd və Cizak şəhərindən olan qonaqlar Azərbaycanla bağlı xoş təəssüratlarını kollektivimizlə bölüşdü.
Nümayəndə heyətinin tərkibində Daşkəndin Alfraqus Beynəlxalq Universitetinin professoru, filologiya elmləri doktoru Sürəyya Eşonkulova, Dənizak Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Nadirə Saatova, filologiya elmləri doktoru, professor Zülfiyə Pardayeva və filologiya elmləri doktoru, professor Gülcahan Cumanazarova və filologiya elmləri namizədi Şahəstə Əhmədova təmsil olunurlar.
Qeyd edək ki, Daşkəndin Alfraqus Beynəlxalq Universiteti, Dənizak Dövlət Pedaqoji Universiteti və Azərbaycan Pedaqoji Universiteti arasında 2024-cü ildən başlayaraq ədəbi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət həyata keçirilir. Özbək alimlərin Azərbaycana səfərinin məqsədi bu əlaqələrin inkişaf etdirilməsi ilə bağlı Azərbaycandakı tərəfdaşları ilə müzakirələr aparmaq və “Ədəbi əlaqələr cərəyanı – Yaradıcılıq prosesinin güzgüsü” antologiyasının təqdimat mərasimində iştirak etməkdir.