Özbəkistanda məsciddə partlayış olub - Ölənlər var

media-ads_728_90

Özbəkistanın Əndican əyalətində məsciddə partlayış nəticəsində üç nəfər ölüb.

“TV1” xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb və onlar hamısı xəstəxanaya yerləşdiriliblər.

Partlayış yerinə Özbəkistanın baş nazirinin müavini Açilbay Ramatov və FHN rəhbəri Botir Kudratxocayev gəlib.

media-ads_728_90
Paylaş