Özbəkistanlı alimlər "TV1"-in studiyasında
Azərbaycamnda səfərdə olan Özbəkistanlı alimlər “TV1”-in studiyasında qonaq olublar.
“TV1” xəbər verir ki, Daşkənd, Naməngən, Əndican, Cızdak Universitetlərinin professorları Mükaddas Tacıbəyova, Fəridə Kərimova, Arzugül Hamrayeva, Sürəyya Dostova, Usman Kasimov, Əkbərəli Sabriddinov ölkəmizə səfərləri ilə bağlı təəssüratlarını kollektivimizlə bölüşüblər.
Qeyd edək ki, özbəkistanlı alimlərin digər bir qrupu ötən gün də “TV1”-in qonağı olublar.
Xatırladaq ki, Daşkəndin Alfraqus Beynəlxalq Universiteti, Dənizak Dövlət Pedaqoji Universiteti və Azərbaycan Pedaqoji Universiteti arasında 2024-cü ildən başlayaraq ədəbi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət həyata keçirilir. Özbək alimlərin Azərbaycana səfərinin məqsədi bu əlaqələrin inkişaf etdirilməsi ilə bağlı Azərbaycandakı tərəfdaşları ilə müzakirələr aparmaq və “Ədəbi əlaqələr cərəyanı – Yaradıcılıq prosesinin güzgüsü” antologiyasının təqdimat mərasimində iştirak etməkdir.