Pakistanda partlayış - 16 nəfər həlak oldu

media-ads_728_90

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 16 nəfər həlak olub, 29 nəfər yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə TASS yerli administrasiya və təhlükəsizlik xidməti nümayəndələrinə istinadən məlumat yayıb.

“Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobillə əsgərlərin kolonasına girib”, – deyə dövlət nümayəndəsi bildirib.

Məlumata görə, xəsarət alanlar arasında 6 uşaq da var.

media-ads_728_90
Paylaş