Pakistanın Baş naziri Ərdoğana təşəkkür edib

media-ads_728_90

Pakistan Türkiyəyə regionda gərginliyin azaldılması və sülhün qorunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

“TV1” xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım və bu kritik məqamda Türkiyənin Pakistanla həmrəy olduğuna və dəstəyinə görə ona təşəkkür etdim. Suverenliyimizi və ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun qoruyacağıq”, – deyə o bildirib.

media-ads_728_90
Paylaş