Şahbaz Şərif Marko Rubio ilə İsrail-İran arasındakı sülhü müzakirə ediblər - İslamabadın köməyi...
ABŞ-ın dövlət katibi Marko Rubio və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub. Söhbət zamanı İsrail ilə İran arasında davamlı sülhün bərqərar olmasında İslamabadın köməyi müzakirə olunub.
“TV1” xəbər verir ki, bu barədə “Times of Israel” ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.
“Söhbət zamanı tərəflər İsrail və İran arasında davamlı sülhün bərqərar olmasında birgə işin vacibliyini qeyd ediblər”, – deyə bəyanatda bildirilib.
M.Rubio həmçinin vurğulayıb ki, İran heç vaxt nüvə silahı hazırlaya və ya əldə edə bilməyəcək.