media-1200x100

Paris-2024: Azərbaycan paraüzgüçüsü finalda

media-ads_728_90

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

“TV1” xəbər verir ki, SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında gücünü yoxlayıb.

O, 1:05.82 nəticə ilə finiş xəttinə üçüncü çatıb. Bu göstərici ilə ilk “8-lik”də yer alan V.İsrafilov final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

media-ads_728_90
Paylaş