media-1200x100

Paris-2024: Zeynalov yarımfinalda Özcanla qarşılaşacaq

media-ads_728_90

Paris-2024 Yay Paralimpiya Oyunlarında bu gün parataekvondo yarışlarına start verilib.

“TV1” xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxıb.

Parataekvondo
58 kq, K44

İlk mərhələdən azad olan Sabir Zeynalov 1/4 finalda Mitsuya Tanaka (Yaponiya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş parataekvondoçumuzun qələbəsi ilə bitib. 6:5 hesabı ilə qalib gələn Zeynalov mərhələ adlayıb. O, yarımfinalda türkiyəli Can Özcanla münasibətinə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:48-də başlayacaq.

Qeyd edək ki, parataekvondo millimiz Paralimpiadaya 3 nəfərlə yollanıb.

media-ads_728_90
Paylaş