media-1200x100

Parlament seçkilərində ATƏT-dən olan müşahidəçilərin sayı açıqlanıb

media-ads_728_90

“Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 nəfər müşahidəçi qeydiyyatdan keçib”.

“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, geniş sayda parlament nümayəndə heyətləri seçkini müşahidə edəcək:

“Şimaldan, cənuba qədər geniş coğrafiyanı əhatə edən parlament nümayəndə heyətləri seçkini müşahidə edəcək. Bizim dəvət etdiyimiz 8 seçki komissiyanın sədri müşahidə aparacaq”.

media-ads_728_90
Paylaş