Parlament seçkilərində azad edilmiş ərazilərdə səs verəcək seçicilərin SAYI
“İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək”.
“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
Məzahir Pənahov bildirib ki, 10 məcburi köçkün dairəsi var:
“Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.