media-1200x100

Parlament seçkilərini müşahidə edəcək MDB PA-nın müşahidə missiyasının tərkibi formalaşıb

media-ads_728_90

Sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının tərkibi formalaşıb.

“TV1” xəbər verir ki, bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, müşahidə missiyası 19 nəfərdən ibarətdir.

Missiyaya Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin rəhbərlik edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

media-ads_728_90
Paylaş