Parlament seçkilərinin nəticələri nə zaman açıqlanacaq?
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağı barədə məlumat verib.
“TV1” xəbər verir ki, o, MSK-nın bugünkü iclasında diqqətə çatdırıb ki, səsvermə günü ilkin nəticələri operativ verməyə çalışırlar.
“Bu seçkilərdə də çalışacağıq ki, ilkin nəticələri həmin gecə çatdıraq. Bu ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək”, – deyə Məzahir Pənahov vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.