Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

media-ads_728_90

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb.

“TV1” xəbər verir ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov plenar iclasda məlumatı təqdim edib.

Müzakirələrdən sonra Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul olunub.

media-ads_728_90
Paylaş