Partlayış baş verən əraziyə 5 təcili tibbi yardım briqadası cəlb edilib - TƏBİB
26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
“TV1” xəbər verir ki, TƏBİB-dən bildirilib ki, dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Bildirilib ki, hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
Qeyd edilib ki, ətraflı məlumat veriləcək.