Paşinyan II Qareginin istefasını tələb edib

media-ads_728_90

“2020-21-ci illərdə Ktriç Nersisyan (II Qaregin) hakimiyyətin istefasına çağırış edib”.

“TV1”xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Telegramda yazıb.

O qeyd edib:

“Bundan sonra beynəlxalq ictimaiyyətin azad, demokratik, rəqabətli kimi qiymətləndirdiyi növbədənkənar parlament seçkilərində xalq hakim komandaya etimad ifadə edib”.

Paşinyan vurğulayıb ki, bu, həm də vətəndaşların Patriarxlığı zəbt edənlərə inamsızlığının göstəricisi olub.

Baş nazir bildirib ki, 2025-ci ilin iyun ayında kafedralın zəngləri çalınaraq xalqı toplaşmağa çağırıblar. Lakin ruhanilərin və vətəndaşların sayı 1500 nəfəri keçməyib.

“Ktriç Nersisyanın Katolikos iqamətgahını dərhal azad etməsinə dair başqa bir dəlil. Başqa yol yoxdur!”, – Paşinyan vurğulayıb.

media-ads_728_90
Paylaş