Paşinyan: İrəvanla Bakı sülh sazişi layihəsində 13 müddəanı və ön sözü tam razılaşdırıb
“Ermənistan və Azərbaycan sülh sazişi layihəsində 13 müddəa və ön sözü razılaşdırmağı bacarıb, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndlərin imzalanmasını təklif edir”.
“TV1” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerevan Dialogue” beynəlxalq forumundakı çıxışı zamanı bildirib.
“Sülh sazişi layihəsinin 13 müddəa və ön sözü tam razılaşdırılıb, 3 müddəa qismən razılaşdırılıb, onlar təqribən iki təklifdən ibarətdir. Biz razılaşdırılmış müddəaları ən qısa zamanda imzalamağı təklif edirik”, – deyə Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.