Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəsindən azad etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı vəzifəsindən azad edib.
“TV1” xəbər verir ki, bu barədə RBK-nın yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra etmək üçün Andranik Simonyan təyin edilib.
A.Abazyanın işdən çıxarılması “Taşir” Sənaye-Tikinti qrupunun rəhbəri, rusiyalı milyarder Samvel Karapetyanın həbsi fonunda baş verib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı iş adamı Samvel Karapetyana məxsus Ermənistanın Elektrik Şəbəkələrini milliləşdirmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyanın erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanı həbs etməkdən imtina etdiyi üçün tutduğu vəzifədən azad edildiyi deyilir.