Annanın qərarına hörmətlə yanaşıram - Paşinyan

media-ads_728_90

“Annanın qərarına hörmətlə yanaşıram”.

“TV1” “Döyçe Velle”-yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial media hesabında yazıb.

“Son 30 ildə həyatımın bütün çətin günlərində o mənim yanımda olub, dayağım və arxam olub. Əmin deyiləm ki, mən də onun üçün belə olmuşam. Bəlkə də ona daha çox kədər yaşatmışam, buna görə üzr istəyirəm”, – o deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan fevralın 17-də N.Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlayıb.

O bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi, onların rəsmi nikaha daxil olmaları anlamına gəlmir.

A.Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq. Çünki aldığı əmlak hələ tikilməkdədir.

Yaşayış xərclərinə gəldikdə isə, o, hesabında 5 milyon dram qaldığını bildirib.

O, qeyd edib ki, “Mənim Addımım” fondu ilə işini davam etdirmək istəyir. Lakin bu fəaliyyətə görə, cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.

Baş nazir Nikol Paşinyan da Anna Akopyanla ayrıldıqlarını təsdiqləyib və onun qərarına hörmətlə yanaşdığını bildirib.

Onların dörd övladı var – bir oğul Aşot və üç qız – Məryəm, Şuşan və Arpi. 2024-cü ilin dekabrında Paşinyan deyib ki, Anna Akopyanla “əslində 27 ildir evlidirlər, lakin evli deyillər”.

Anna Akopyan “Haykakan Jamanak” qəzetinin baş redaktorudur. 2018-ci ildə o, birinci xanım statusunun onun işi ilə tam məşğul olmasına və ya hökumətin hərəkətlərini sərbəst şərh etməyə mane olduğunu söylədi.

 

media-ads_728_90
Paylaş