Paşinyan Rusiyaya gedir
Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya işgüzar səfərə gedəcək.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan lideri Altayda təbiətin mühafizəsi ilə bağlı beynəlxalq konfransda iştirak edəcək.