Paytaxtda 200-ə yaxın bina SÖKÜLƏCƏK - Bu ərazilərdə...

media-ads_728_90

Bakıda qəzalı binaların mərhələli söküntüsü planlaşdırılır.

“TV1” xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, hazırda Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb.

Sözügedən binalar paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında yerləşir.

 

media-ads_728_90
Paylaş