Paytaxtda qətl törədilib - 16 yaşlı oğlan saxlanılıb

media-ads_728_90

Bakıda qətl törədilib.

“TV1” xəbər verir ki, oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsi İ.Şükürov küçəsi ev 6-da yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Onun həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada ölüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə hadisəni onun evinin qarşısında törətməkdə şübhəli bilinən qəsəbə sakini – 2009-cu il təvəllüdlü Rasif Rəfail oğlu Xəlilov tutulub.

Faktla bağlı Suraxanı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

media-ads_728_90
Paylaş